Fev 14, 2020 21:25 Asia/Baku
  • Ən iri çini qablar isetehsalçısı
    Ən iri çini qablar isetehsalçısı

İran və Yaxın Şərqdə çini qablar istehsalı üzrə ən böyük şirkət olan “Zərrin” çini şirkəti qəddarcasına sanksiyalara rəğmən, ildə 14 min ton çini qab istehsal edir ki, onun 10 min tonu ixrac olunur.

Bura, İranda çini qablar istehsalı üzrə ən böyük və ən modern zavoddur.

M.K- Bu şirkətdə çini istehsalının keçmişi 130 il bundan öncəyə qayıdır. Əlbəttə, hazırkı modern zavodun inşası əslində 1984-cü ilə qaydır. Bu zavod 1987-ci ildə istifadəyə verildi. 30 il ərzində İran və Yaxın Şərqdə çini qablar istehsalı üzrə ən iri zavoda çevrildi. Hazırda 1400 nəfər işçi qüvvəsi ilə ildə 14 min ton çini qab istehsal edirik.

Dünyanın modern texnologiyalarından istifadə ilə özünü dünyada bu sənayenin qabaqcıl şirkətlərindən biri kimi təqdim edib.

M.Q- Bizim məhsullarımızın bişmə dərəcəsi 1400 dərəcə selsidir. Buna görə, daha yüksək şok və zərbəyə müqavimət və möhkəmliyə malikdir. Sanitariya baxımından standartdan daha geniş və olduqca idealdır.

Və hazırda yaradıcılıq və innovasiya ilə gözəl və keyfiyyətli məhsullar istehsal edirlər ki, üzərində fəxrli “İranda düzəldilib” yazısı həkk olunub. Bu məhsullar beynəlxalq bazarlara daxil olurlar.

M.K- Məhsulun keyfiyyəti və istehsal imkanı miqdarı kimi iki komponentə əsasən, bu zavod İran və Yaxın Şərqdə birinci, dünyada isə ikinci yerdə durur. Hazırda qəddarcasına sanksiyalara rəğmən, bu zavodun məhsullarının ixracatı daha artıq qüdrətlə həyata keçirilir.

Hər il bu şirkətdə istehsal olunan təqribən 10 min ton çini qab müxtəlif ölkələrə ixrac edilir.