May 03, 2020 10:53 Asia/Baku
  • Göz vasitəsilə bədənin vəziyyətinin müəyyən edilməsi

Tehranda Əmir Kəbir adına Sənaye Universitetinin tədqiqatçıları gözün təsviri vasitəsilə bədənin vəziyyətini dəyərləndirmək üçün elektron bir sistem işləyib hazırlayıblar.

Xəstəliyin göz vasitəsilə öyrənilməsi qədim zamanlardan bəri mövcud olub- deyən Əmir Kəbir adına Sənaye Universitetinin tibb İnformasiyaları texnologiyası mühəndisliyi aspirantı Şeyda Mirlu vurğulayıb: Bu layihədə məqsəd, göz təsvirindən istifadə ilə ateroskleroz xəstəliyinin diaqnozu üçün elektron sistemin düzəldilməsidir.

Bu layihədə 100-ə yaxın xəstə və 90 sağlam insanın göz görüntüsü məlumatlarının toplandığını söyləyən layihə rəhbəri, vurğulayıb: 93% əminliklə qüzeyli qişadan xəstəliyin diaqnozunu qoymaq olar.

“Gözün şəkli vasitəsilə bədəndəki xəstəliyin vəziyyətini dəyərləndirmək üzrə elektron sistem” layihəsinin rəhbəri deyib: Şəxslərin mübarizə apardıqları ilk etaplarda xəstəlyin müəyyən edilməsi diaqnoz və sağalma prosesində tibb cəmiyyətinə və xəstələrə böyük köməklik edəcəkdir.

GÖZ VASİTƏSİLƏ BƏDƏN VƏZİYYƏTİNİN MÜƏYYƏN EDİLMƏSİ