May 24, 2020 22:59 Asia/Baku
  • Şahmat üzrə dünya çempionatı təxirə salındı

Rumıniyanın Mamaya şəhərində keçirilməli olan şahmat üzrə dünya çempionatı təxirə salınıb.

SəhərAzəri Axar.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, yeniyetmə oğlanlar və qızlar arasında keçiriləcək dünya çempionatı koronavirus infeksiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Turnir 2020-ci ilin sentyabrın 7-dən 20-dək keçiriləcəkdi. Yarış 8, 10, 12, 14, 16 və 18 yaşlı şahmatçılar arasında təşkil edilir.

Xatırladaq ki, Azərbaycan şahmatçısı Aydın Süleymanlı ötən il 14 yaşlılar arasında dünya çempionatının qalibi olub

Teqlər