İyun 10, 2020 08:26 Asia/Baku
  • İran filmi Rusiya Film Festivalının ən yaxşı film mükafatına layiq görüldü

İranın "Qutu adamı" qısa filmi Rusiyada keçirilən "2020 Avropa Beynəlxalq Film Festivalı"nda ən yaxşı qısa film mükafatını qazanıb.

SaharAzeri xəbər verir,Müstəqil rejissorlara aid olan və yeni istedadları kəşf etmək niyyətində olan nüfuzlu "Avropa Beynəlxalq Film Festivalı" qızıl mükafatlı festivallardan biridir və Rusiyanın Sankt-Peterburq şəhərində keçirilir.

İRNA-nın iyunun 10-na olan məlumata görə, Mənuçehr Teymurzadənin rejissorluğu və özünün yazdığı ssenari əsasında çəkilən "Qutu adamı" bu festival vasitəsilə rus dilinə tərcümə edilib və qərar üzrə Rusiyanın Sankt-Peterburq şəhərində nümayiş etdiriləcək.

"Qutu adamı" orta yaşlı bir müxbirin hekayəsidir ki, uğur qazanmaq üçün bir taxta qutuda yaşayan və anasının istəyinin əksinə olaraq, oradan çıxmaq istəməyən bir yeniyetmənin filmini çəkir. Lakin müxbir yeniyetmənin dünyasına yaxınlaşdıqdan sonra, heyrətlənir və yeniyetmənin dünyası və qutu həyatına heyran olur.

Teqlər