İyun 11, 2020 08:30 Asia/Baku
  • İran koronavirus əleyhinə dərman ixracını artırmağa hazırdır

İranın elm və texnologiya üzrə vitse-prezidenti ölkəsinin koronavirusa qarşı dərman ixracı üçün səkkiz ölkədən lazımi lisenziyalar aldığını söyləyib.

SaharAzeri xəbər verir, Sorena Səttari bu haqda jurnalistlərə verdiyi açıqlamada bildirib ki, İran gündə bir milyon seroloji dəst və ayda 1.5 milyon Kardiopulmoner reanimasiya müayinə dəsti hazırlamaq iqtidarındadır eyni zamanda bu məhsulların bir hissəsi ölkənin Səhiyyə və Tibbi Təhsil Nazirliyinə verilir, qalan hissəsi isə ixrac olunur.

Bu arada İranın Səhiyyə və Tibbi Təhsil Nazirliyinin Sağlamlıq Texnologiyalarının İnkişafı Ofisinin direktoru Hüseyn Vətənpur çərşənbə günü İrandan koronavirus əleyhinə dərmanının ixracının artdığını xəbər verib.

H.Vətənpur, İran tədqiqatçılarının da koronavirus peyvəndi istehsal etmək üçün təsirli səy göstərdiklərini söyləyib. 

Teqlər