Yan 20, 2021 14:35 Asia/Baku
  • Hamı kosmosdan fotoşəkil çəkə biləcək

“Canon” şirkəti “5D Mark III DSLR” kamerası ilə təchiz edilmiş “CE-SAT-1” peyki ilə kosmosdan fotoşəkillər çəkməyi imkan verən interaktiv sayt təqdim edib.

SəhərAzəri  "Deyerler.org"un vesti.ru-ya istinadən verdiyi xəbərə görə, Edişn Enqacet (Edition Engadget) nəşri, əslində bunun foto imitasiya olduğunu, yəni şəkillərin əvvəlcədən çəkildiyini bildirir. Hər halda istifadəçi özünü kamera operatoru kimi təsvir edərək, müxtəlif məkanların foto şəklini çəkə biləcək.

 

Qeyd edək ki, hər bir şəkildə məkan və digər məlumatlar göstərilir. “5D Mark III DSLR” kamerasının nümayişi peykin imkanları və kameranın göstəriciləri haqqında təsəvvürün yaranmasına imkan verir. “Canon” şirkəti 2017-ci ilin iyun ayında orbitə yağ çəlləyi ölçüsündə aparat buraxdı. Peyk orbitdə 600 kilometr hündürlükdə yerləşərək, Yer səthinin çəkilişini təmin edir.

 

Teqlər