Apr 06, 2021 13:02 Asia/Baku
  • Şimali Koreya Tokio-2020-dən imtina edib

Şimali Koreya Tokio Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

SəhərAzəri xəbər verir ki, bu barədə qərarı Şimali koreya Milli Olimpiya Komitəsi verib.

Belə addımın atılmasına səbəb koronavirus pandemiyasıdır. İdmançılarının yoluxma təhlükəsi ilə üzləşmə riskini nəzərə alan koreyalılar yarışa qatılmaqdan imtina edib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2020-ci ildən təxirə salınan Olimpiya Oyunları bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Teqlər