Apr 08, 2021 17:04 Asia/Baku
  • Çox yaxşı bir nəticə əldə etməli idik

Münhenin Bayern futbol komandasının baş məşqçisi, şagirdlərinin parislilərə qarşı saysız-hesabsız imkanlar yaratdıqları və məğlub olmağa layiq olmadıqları fikrindədir.

SəhərAzəri xəbər verir ki, Dünən gecə Avropa Çempionlar Liqasının dörddə bir finalının ikinci mərhələsində Bayern Münhen futbol komandası “Alyans Arena” stadionunda Paris Sen-Jermen komandasına 2-3 hesabı ilə məğlub oldu.

Münhenlilər məğlub olsalar da çox sayda mövqelər yarada bildilər, lakin müdafiə sisteminin səhvləri Avropa çempionunun uğur qazanmasına mane oldu.

Hans Diter Flik, komandasının məğlub olmasından sonra müdafiə sisteminin səhvlərinə toxunsa da komandasının oyunundan narazı deyildi.

O, dedi: Rəqibin bir neçə mövqedən üç qol vurduğu aydındır. Halbuki bizim bir çox mövqelərimiz oldu. Lakin komandanın oyun tərzi olduqca təəccüblü idi.

O, sonra deyib: Əlbəttə, fərqli bir nəticə əldə etmək istərdik. Əldə etdiyimiz şanslarla daha yaxşı nəticə ala bilərdik. Buna görə, komandamın oyunundan razıyam.

Flik sonra deyib: Rəqibin hər üç qolunda səhv buraxdıq. Onların hər üçünü buraxmaya bilərdik. Bununla belə, yarımfinala çıxmaq istəyirik və cavab görüşündə bunun əvəzini çıxmalıyıq.

Bu görüşdə Erik Şupo Motinq 37-ci, Müller isə 60-cı dəqiqələrdə Bayern üçün qol vurdular.

Paris Sen-Jermen komandasından isə Kilian Mbappe üçüncü və

68-ci, Markinos isə 28-ci dəqiqədə qol vurublar.

Komandaların cavam görüşü gələn çərşənbə axşamı günü Parisdə keçiriləcək.

Teqlər