May 04, 2021 17:33 Asia/Baku
  • İranlı hakimlər AFK Kuboku yarışlarını idarə edəcəklər

İki iranlı hakim Asiya Futbol Konfederasiyası tərəfindən klub yarışlarını idarə etməyə dəvət olunub.

SəhərAzəri-nin məlumatına əsasən, İranın futbol üzrə beynəlxalq hakimləri Bijən Heydəri və Pəyam Heydəri mayın 9-da Honq-Konq və Maldivin ev sahiblikləri ilə keçiriləcək yarışların qrup mərhələsini idarə edəcəklər.

Asiya Futbol Konfederasiyası üzrə kubok yarışları hər il konfederasiyaya üzv ölkələrin daxili liqaları üzrə futbol klubları arasında keçirilir. Yarışlar futbol üzrə inkişaf etməkdə olan ölkələrin futbol klublarının iştirakı ilə təşkil edilir.

Bu yarışlar Asiya Çempionlar Liqasından sonra Asiya futbolunun ikinci mötəbər yarışıdır.

Teqlər