İyun 05, 2021 11:20 Asia/Baku
  • İranın milli voleybol komandası Bolqarıstan komandası ilə qarşılaşacaq

Voleybol üzrə Millətlər Liqası-2021 yarışları çərçivəsində İran millisi bu gün Bolqarıstanla qarşılaşacaq.

SəhərAzəri-nin məlumatına əsasən, İtaliyanın Rimini şəhərində keçirilən Voleybol üzrə Millətlər Liqasının ikinci həftəsində İranın yığma komandası beçinci oyununda İtaliya komandasını 3-1 hesabi ilə məğlub edib və ardıcıl üçüncü qələbəsini qeydə alaraq, 9 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Voleybol üzrə Millətlər Liqası 2021-in seçmə mərhələsi kişilər qrupunda 16 komandanın iştirakı ilə mayın 28-dən start götürüb və 27 gün davam edəcək.

Qeyd edək ki, Beynəlxalq Voleybol Federasiyası kişilər bölməsində bu tur yarışların beşinci günü başa çatdıqdan sonra ən yeni reytinqində, İran millisini 283 xalla altıncı pillədə qərarlaşdırıb.

Reytinq cədvəlinin başında yenə də birinci - üçüncü yerlərdə Braziliya, Polşa və ABŞ dayanır.

Teqlər