İyun 06, 2021 10:34 Asia/Baku
  • Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb

Boksçu Alfonso Dominqes Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən,Alfonso Dominqes, Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində fərqlənib. 81 kq çəki dərəcəsində mübarizə aparan boksçu 1/4 finalda Rusiya idmançısı İmam Xatayevə qalib gəlib.

Bu qələbə həm 1/2 finala, həm də Tokio-2020-yə vəsiqə üçün yetərli olub.

Bununla da Azərbaycan yığmasının Tokio-2020-yə lisenziya sayı 26-ya çatıb. Dominqes bu siyahıda üçüncü boksçudur. Onadək Tayfur Əliyevlə (57 kq) Cavid Çələbiyev (63 kq) də bu hüquqa yiyələnib.

 

Teqlər