İyun 06, 2021 19:15 Asia/Baku
  • Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb

Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı boksçu Lorenzo Sotomayor qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Lorenzo Sotomayor , Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində fərqlənib. 69 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi 1/4 finalda belaruslu Aleksandr Radionov qalib gəlib.

Bu qələbə həm 1/2 finala, həm də Tokio-2020-yə vəsiqə üçün yetərli olub.

Bununla da Azərbaycan Respublikası yığmasının Tokio-2020-yə lisenziya sayı 27-yə çatıb. Sotomayor bu siyahıda dördüncü boksçudur. Onadək Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq) və Alfonso Dominqes (81 kq) də bu hüquqa yiyələnib.

Teqlər