İyun 08, 2021 14:14 Asia/Baku
  • İran-Bəhreyn: 3-0

İranın futbol komandası Bəhreyn yığmasını üç-sıfır hesabı ilə məğlub edib.

 SəhərAzəri-nin məlumatına əsasən, İran yığması bu qələbə ilə həm Bəhreyn komandası ilə birinci görüşündəki məğlubiyyətin əvəzini çıxıb, həm də dünya çempionatının hazırlıq görüşlərinin yekun mərhələsinə çıxış üçün öz işini asanlaşdırıb.

Dünən gecə 2022-ci il dünya çempionatının seçmə mərhələsindən olan həssas görüşdə və Asiya qitəsi üzrə üçüncü qrupda İran Bəhreyn komandası ilə görüşüb və görüşün ikinci hissəsində yaxşı oyun nümayiş etdirərək, üç-sıfır hesabı ilə qalib gəlib.

İran bu qələbə ilə on iki xala çatıb və qrup cədvəlinin ikinci pilləsində durub. Hazırda İraq on dörd xalla cədvələ başçılıq edir. İranla eyni xala malik olan Bəhreyn isə üçüncüdür.

İranın futbol komandasının növbəti görüşü cümə günü Kamboca yığması ilə olacaq.

İranın yekun oyunu isə iyunun on beşində İraq millisi ilə olacaq.

İran komandası həmin görüşdə qalib gələrsə, seçmə oyunlarının yekun mərhələsinə çıxacaq.

Teqlər