İyun 10, 2021 14:08 Asia/Baku
  • İranın sərbəst güləş komandası ikinci olub

İranın sərbəst güləş komandası üç qızıl, bir gümüş və bir bürünc medal və ikinci yerlə Polşada keçirilən Zilkovski kuboku uğrunda beynəlxalq yarışlarda öz işini başa vurub.

SəhərAzəri-nin məlumatına əsasən, 2021-ci il dünya çempionatı, həmçinin Tokio olimpiya oyunları üçün beynəlxalq güləş ittifaqının təsnifatından sonuncu etap sayılan Zilkovski kuboku uğrunda beynəlxalq yarışlar iyunun səkkizi və doqquzunda Polşanın Varşava şəhərində keçirilib.

74, 97 və 125 kiloqram çəki dərəcələrində 2021-ci il Tokio olimpiya oyunlarına göndəriləcək güləşçilərin vəziyyətinin müəyyən edilməsi məqsədilə və dörd çəki dərəcəsində səkkiz güləşçi ilə bu yarışlarda iştirak edən İran komandası 74, 97 və 125 kiloqram çəki dərəcələrində güləşən Mostəfa Hoseyn Xani, Mohəmməd Hoseyn Mohəmmədiyan və Əmir Hoseyn Zarenin üç qızıl, həmçinin 97 kiloqram çəki dərəcəsində güləşən Əli Şəbani və Əlireza Kəriminin bir gümüş və bir bürünc medalı və 87 xal ilə yarışların ikincisi olub.

Amerika və Polşa komandaları da müvafiq olaraq, birinci və üçüncü olublar.

Teqlər