Noy 17, 2021 11:30 Asia/Baku
  • İranın yığma futbol komandası
    İranın yığma futbol komandası

İranın yığma futbol komandası 2022-ci il Qətər dünya çempionatının yekun seçmə mərhələsinin altıncı görüşündə Suriya yığmasını üç-sıfır hesabı ilə məğlub edib.

SəhərAzəri-nin məlumatına əsasən, Komandamız bu qələbə ilə dünya çempionatının oyunlarına vəsiqə qazanmaq ərəfəsindədir.

Qeyd olunan görüş dünən Tehran vaxtı ilə saat 19:30 dəqiqədən İordaniyanın “Kral ikinci Abdullah” stadionunda keçirilib.

İran millisinin qolları oyunun otuz üç, qırx iki və səksən doqquzuncu dəqiqələrində Sərdar Azmun, Ehsan Hac Səfi və Əli Qulizadə tərəfindən vurulub. Qeyd edək ki, ikinci qol on bir metrlik cərimə zərbəsi ilə müyəssər olubdur.

Bu qələbə ilə xallarının sayını on altıya çatdıran İran yığması heç bir məğlubiyyət olmadan beş qələbə və bir heç-heçə ilə A qrupuna başçılıq etməkdə davam edir.

İrandan sonra Cənubi Koreya komandası on dörd xalla ikinci, əmirliklər isə altı xalla üçüncüdür.

Teqlər