UEFA Çempionlar Liqasında qrup mərhələsi
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna start verilib və pley-off mərhələsinə vəsiqə qazanan bəzi komandaların adına aydınlıq gətirilib.
SəhərAzəri-nin məlumatına əsasən, Turnirin E qrupunda pley-offa vəsiqəni ötən tur təmin etmiş "Bavariya" 15 xalla lider olaraq və digər rəqiblərindən böyük fərqlə növbəti mərhələyə adlayıb.
F qrupunda "Mançester Yunayted" Ronaldo və Sançonun parlaq çıxışları ilə İspaniyada "Vilyarreal" üzərində 2-0 hesablı qələbə ilə sona 1 tur qalmış pley-offa vəsiqəni təmin edib.
G qrupunda hələ növbəti mərhələyə adlayacaq komandanın taleyi həll olunmayıb və "Lill", "Zalsburq", "Seviliya" və "Volfsburq"dan ibarət 4 komandanın hamısının növbəti mərhələyə adlamaq şansı var.
H qrupunda dünən axşam "Yuventus"u məğlub edən "Çelsi" də pley-offa vəsiqəni təmin edib.