Yan 05, 2022 14:35 Asia/Baku
  • Ser Aleks
    Ser Aleks

Dünya futbol tarixinin ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Dünya futbol tarixində çempionluq kuboku qazanan ən uğurlu məşqçilərin siyahısı açıqlanıb.

Siyahının başında şotlandiyalı baş məşqçi Ser Aleks Ferqyuson qərarlaşıb.

"Mançester Yunayted"in keçmiş baş məşqçisi, baş məşqçi olduğu müddətdə 48 kubok qazanıb.

İkinci yeri Rumıniyadan olan Luçesko tutur. O, 34 çempionluq qazanıb.

Üçüncü yerdə Pep Qvardiola qərarlaşıb. "Mançester Siti"nin ispaniyalı baş məşqçisi 31 kubok qazanıb. Dördüncü yerdə Ukraynalı Valeri Lubanovski 29 kubokla dayanıb.

Ştein, Felipe Skolari, Otmar Hitsfeld, Joze Mourinyo isə müvafiq olaraq, 5-8-ci yerləri bölüşüblər.

Teqlər