Yan 05, 2022 20:08 Asia/Baku
  • 3 iranlı qadının
    3 iranlı qadının

Futbol üzrə Qadınlar arasında Asiya Kuboku 2022-nin hakimlərinin yekun siyahısı açıqlanıb və bu siyahıda 3 iranlı qadın hakimin də adı yer alıb.

SəhərAzəri-nin məlumatına əsasən, Hindistanda keçiriləcək bu turnirin hakimlər siyahısında 16 hakim arasında Məhsa Qorbani və Məhnaz Zakayinin adları çəkilir; Ensiyə Xəbbazın adı isə köməkçi hakimlər arasında yer alıb.

Asiya Futbol Konfederasiya həmçinin qadınlar arasında futbol üzrə Asiya kubokunda ilk dəfə olaraq, 1/4 final mərhələsindən VAR sistemindən istifadə olunacağını bildirib. 

Qadınlar arasında futbol üzrə Asiya kuboku 20 yanvar-6 fevral tarixləri arasında keçiriləcək. Turnirdə 12 komanda 3 qrupda mübarizə aparacaq.