Yan 08, 2022 13:06 Asia/Baku
  • FİFA

Lionel Messi, Robert Levandovski və Məhəmməd Salah FİFA tərəfindən 2021-ci ilin ən yaxşı oyunçusuna verilən "The Best" mükafatı üçün üç finalçı namizəd seçiliblər.

SəhərAzəri-nin məlumatına əsasən, "The Best" mükafatı hər il FİFA tərəfindən kişi və qadın futbolunda ən yaxşı oyunçu və məşqçiyə verilən mükafatdır. Bu il "The Best" mükafatının təqdimetmə mərasimi yanvarın 17-də və koronavirusun yayılması səbəbindən onlayn formatda keçiriləcək. 

Bundan əvvəl FİFA 11 futbolçunun siyahısını açıqlamışdı və 2021-ci ildə ən yaxşı çıxış edən futbolçunu seçmək üçün təşkilatın saytında futbol azarkeşrəli arasında səsvermə keçirilirdi. FİFA-nın açıqladığı ilkin siyahıda Kərim Benzema, Kevin De Bruyne, Kriştiano Ronaldo, Erlinq Haland, Corcinyo, Nqolo Kante, Robet Levandovski, Kilian Mbappe, Lionel Messi, Neymar və Məhəmməd Salahın adları yer almışdı.    

Teqlər