Yan 09, 2022 14:51 Asia/Baku
  • «Real»
    «Real»

Madridin «Real» futbol klubu Laliqa yarışlarında «Valensiya» klubunu məğlub edib.

SəhərAzəri-nin məlumatına əsasən, Dünən gecə Laliqa-nın iyirminci həftəsində «Valensiya»nı öz evində qarşılayan «Real», rəqibinə dörd-bir hesabı ilə qalib gəlib.

Bu oyunda «Ağ qu quşları»nın qollarını Kərim Benzema və Cuniyor vurublar.

«Yarasalar»ın yeganə qolunu isə Qonçalo Quedes oyunun yetmiş altıncı dəqiqəsində vurub.

Ançellotinin şagirdləri bu qətiyyətli qələbə ilə cədvəldəki liderliklərini möhkəmlədib və xallarınn sayını qırx doqquza yüksəldiblər.