Yan 10, 2022 13:11 Asia/Baku
  • İranın futzal üzrə milli komandası
    İranın futzal üzrə milli komandası

İranın futzal üzrə milli komandası və onun baş məşqçisi dünyanın ən yaxşı futzalçıları sırasında yer alıblar.

SəhərAzəri-nin məlumatına əsasən, İRİB-in məlumatına görə, nüfuzlu "Futsal Planet" saytı 2021-ci ildə dünyada futzal kateqoriyasında ən yaxşı milli komanda və baş məşqçi nominasiyasına namizədləri açıqlayıb ki, İranın futzal üzrə yığma komandası 10 ən yaxşı komanda sırasında yer alıb. 

Həmçinin İranın milli futzal komandasının baş məşqçisi Seyid Məhəmməd Nazem Əl-Şəriyə 2021-ci ildə dünyanın ən yaxşı 10 məşqçisi sırasında yer alıb.

Bundan əvvəl İranın qadınlardan ibarət futzal üzrə milli komandası da dörd fərqli bölmədə 2021-ci ilin ən yüksək tituluna namizəd olub.

"Fərzanə Təvəssoli" 2021-ci ildə dünyada futzal üzrə ən yaxşı qadın qapıçı, " Palayeşe Nəfte Abadan" klubu ən yaxşı qadın klubu, "Nərgiz Əlvani ən yaxşı qadın məşqçi və "Gelarə Nazemi" ən yaxşı qadın hakim adına namizəd olublar. 

Teqlər