May 07, 2022 14:43 Asia/Baku
  • Braziliya olimiyadasında İranın pumse komandası qızıl medal qazanıb

Braziliyada keçirilən eşitmə qabiliyyəti olmayan idmançıların olimpiya oyunlarında komanda bölməsində İranın pumse komandası qızıl medal qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən,Pumseh yarışlarının komanda bölməsinin finalında Məryəm Xudabəndə və Mürtəza Rzasefətdən ibarət İran komandası 7,24 xal qazanaraq, Olimpiya çempionu adını qazanıb.

Turnirdə Türkiyə, Cənubi Koreya, Qazaxıstan, Argentina, Almaniya, Özbəkistan, İran və Meksikadan səkkiz komanda iştirak edib.

Eşitmə qabliyyəti olmayan idmançıların olimpiya oyunları mayın birindən on beşinədək Braziliyanın Kaşias-du-Sul şəhərində keçirilməkdədir.

"İranın səsi" adlı idman karvanı "Sükutda uğur" şüarı və 140 nəfərlə bu oyunlarda iştirak edir.

İranın eştmə qabiliyyəti olmayan idmançıları bu oyunların son dövründə yeddinci yeri tutub.

Teqlər