May 07, 2022 19:35 Asia/Baku
  • İran filmi üç Amerika festivalında nümayiş olunacaq

İranın "Zalava" kinofilmi "Pensilvaniya" Film Festivalından sonra ABŞ-ın "Mineapolis" və "Nyu-Orlean" şəhərində keçiriləcək film tədbirində də nümayiş olunacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Ərsəlan Əmirinin rejissorluğu ilə çəkilən "Zalava" kinofilmi Şimali Amerikada ekranlarının davamında Minneapolis Beynəlxalq Film Festivalında iştirak edəcək.

Bu festival ABŞ-ın ən qədim festivallarından biridir və xalqlar arasında mədəni mübadilələr üçün atmosfer yaratmağa çalışır və tamaşaçılarına beynəlxalq kinonun zənginliyini kəşf etmək və anlamaq imkanı verir.

Bu il kino zallarında əyani şəkildə keçiriləcək bu festivalda Zalava filmi "Dark Out" bölməsində üç dəfə ekran edilərək, dünya festivallarının qorxu janrında seçilmiş əsərlərlə yanaşı qorxu, sirli və döyüş janrları arasındakı filmlərin həvəskarları üçün nümayiş olunacaq.

Film həmçinin Luiziana ştatının Nyu-Orlean şəhərində 2-5 iyun tarixində keçiriləcək "Four Days Orlok" Beynəlxalq Qorxu Filmləri Festivalında nümayiş etdiriləcək.

Teqlər