May 09, 2022 11:55 Asia/Baku
  • İran taekvondo komandası Braziliya Deaflimpiya Oyunlarında birinci olub

İranın eşitmə qabiliyyəti olmayan taekvondoçuları Braziliyada keçirilən 24-cü Deaflimpiadada birinci olublar.

SəhərAzəri-nin məlumatına əsasən, İranın taekvondo komandası eşitmə qabiliyyəti olmayan idmançıların 24-cü olimpiya oyunlarında 4 qızıl, 2 gümüş, 4 bürünc və ümumilikdə 10 medalla birinci yerdə qərarlaşıb. 

Koreya komandası da 4 qızıl, 2 gümüş, 2 bürünc, ümumilikdə isə 8 medalla ikinci olub.

Türkiyə komandası da bir qızıl, 5 gümüş və 5 bürünc medalla 24-cü Deaflimpiya Oyunlarında üçüncü olub. 

Teqlər