May 11, 2022 07:28 Asia/Baku
  • İranlı atlet gənclər arasında ağır atletika üzrə dünya çempionatında üç qızıl medal qazanıb

İran təmsilçisi 109 kiloqramdan yuxarı çəki dərəcəsində gənclər arasında ağır atletika üzrə dünya çempionatında birdən qaldırma, təkanla qaldırma və toplumda üç qızıl medal qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, 2022-ci ildə Gənclər arasında Dünya Çempionatında birdən qaldırma kateqoriyasında 177 kiloqram nəticə ilə qızıl medal qazanmış iranlı ağır atlet Əlirza Yusefi təkanla qaldırma və toplumda da qızıl medalları qazanmağa müvəffəq olub. 

Özbəkistan çempionatında 238 kiloqramlıq ştanqı ram edərək, rekord vuran Yusefi Yunanıstanda 109 + kateqoriyasında təkanla qaldırmada dünya rekordunu bir kiloqram qaldırıb və 239 kiloqram çəkiyə nəzarət edə bilib və qızıl medal qazanıb. 

Bu çəkiyə nəzarət etməklə Yusefi toplumda 416 kiloqram nəticə ilə superağır çəki dərəcəsində qızıl medal qazanıb. 

Özbəkistanlı və ukraynalı ağır atletlər də müvafiq olaraq, 109 kiloqramdan yuxarı çəki dərəcəsində gümüş və bürünc medal qazanıblar.