May 13, 2022 12:23 Asia/Baku
  • Yeddinəfərlik futbol
    Yeddinəfərlik futbol

Yeddinəfərlik futbol üzrə dünya çempionatı yarışlarında Braziliya yığmasını məğlub edən İran millisi finala vəsiqə qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın yeddinəfərlik yığma futbol komandası dünən İspaniyada keçirilən 2022-ci il dünya çempionatı yarışlarının yarımfinal mərhələsində Braziliya komandası ilə qarşılaşıb. Görüş dörd-bir hesabı ilə İran yığmasının xeyrinə başa çatıb.

Qrup mərhələsində Avstraliyaya qalib gəlib, ABŞ-la bərabərə qalan İranın yeddinəfərlik yığma futbol komandası dörddə bir final mərhələsində İngiltərə futbol komandasını qarşısından götürməklə yarımfinal mərhələsinə çıxmışdı.

 

Teqlər