İsfahanda dünya ordularının 6-cı hərbi yarışları keçirilir
Yarışlarda dörd ölkənin komandası iştirak edir
İran, Rusiya, Özbəkistan və Vyetnamdan olan dörd komandanın iştirakı ilə İranın İsfahan şəhərində dünya ordularının altıncı hərbi yarışları başlanıb.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası Ordusunun Quru Qoşunları rəisinin koordinator müavini briqada generalı Abbas Fəllah bu gün yarışların açılış mərasimində bildirib ki, yarışların keçirilməsində məqsəd, iştirakçı ölkələrin mədəni anlaşmalarının artırılması,/ sülh və dostluğun genişləndirilməsidir.
Dünya ordularının altıncı hərbi yarışlarında iştirak edən Özbəkistan komandasının nümayəndəsi polkovnik Arif Canəhmədov da bildirib ki, bu yarışların keçirilməsi əslində dünya ordularının təcrübələrini paylaşmaq üçün münasib zəmindir.
O, deyib ki, ordu qüvvələri digər orduların son nailiyyətlərilə tanış olacaqlar.