Məhəmməd-Əmin Dadvənd 182 kiloqramlıq ağırlığı qaldırmaqla yeni rekordu öz adına qeydə aldırıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i422676-məhəmməd_Əmin_dadvənd_182_kiloqramlıq_ağırlığı_qaldırmaqla_yeni_rekordu_öz_adına_qeydə_aldırıb
İranın Ərdəbil şəhərindən olan on beş yaşlı ağırlıqqaldıran Məhəmməd-Əmin Dadvənd, yetmiş doqquz kiloqram çəki dərəcəsində iki hərəkətdə yeniyetmələr arasındakı dünya rekordunu qırmağı bacarıb.
(last modified 2025-12-27T05:36:03+00:00 )
Dek 26, 2025 09:30 Asia/Baku
  • Məhəmməd-Əmin Dadvənd 182 kiloqramlıq ağırlığı qaldırmaqla yeni rekordu öz adına qeydə aldırıb

İranın Ərdəbil şəhərindən olan on beş yaşlı ağırlıqqaldıran Məhəmməd-Əmin Dadvənd, yetmiş doqquz kiloqram çəki dərəcəsində iki hərəkətdə yeniyetmələr arasındakı dünya rekordunu qırmağı bacarıb.

Dadvənd yüz səksən iki kiloqramlıq ağırlığı qaldırmaqla dünya rekordunu bir kiloqram yaxşılaşdırıb.

İranlı yeniyetmə ağırlıqqaldıran bu rekordu İranın Əhvaz şəhərində keçirilən yeniyetmələr liqası yarışlarının ikinci həftəsinin ikinci günündə öz adına qeydə aldırıb.

Rekordun qırıldığı anın videosu Asiya ağır atletika federasiyasının İnstaqram hesabında da yayılıb