İranın 18 yaşlı taekvondoçusu Sağər Moradi Asiya çempionu olaraq tarix yazdı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i423350-İranın_18_yaşlı_taekvondoçusu_sağər_moradi_asiya_çempionu_olaraq_tarix_yazdı
Təbrizdən olan bu 18 yaşlı milli idmançı 20 ildən artıq davam edən tarixi tilsimi qıraraq, adını Asiya Oyunlarında İran taekvondo tarixinin ilk qızıl qazanan qadın idmançısı kimi yazdı.
(last modified 2026-10-03T09:34:07+00:00 )
Okt 02, 2026 13:31 Asia/Baku
  • İranın 18 yaşlı taekvondoçusu Sağər Moradi Asiya çempionu olaraq tarix yazdı

Təbrizdən olan bu 18 yaşlı milli idmançı 20 ildən artıq davam edən tarixi tilsimi qıraraq, adını Asiya Oyunlarında İran taekvondo tarixinin ilk qızıl qazanan qadın idmançısı kimi yazdı.

Naqoya 2026 Asiya Oyunlarının taekvondo yarışlarının ikinci günündə, -67 kq çəki dərəcəsində İran təmsilçisi Sağər Moradi iddialı rəqiblərini üstələyərək Asiyanın yüksək pilləsinə qalxdı və tarixi qızıl medalı boynundan asdı.