İran Velaskonu məyus etdi
İyun 12, 2017 04:58 Asia/Baku
-
İranın voleybol üzrə yığma komandası
İranın voleybol üzrə yığma komandası Dünya Voleybol Liqasının 2-ci həftəsinin son turunda Argentina yığması ilə qarşılaşıb.
İRNA-nın məlumatına görə, İranın voleybol üzrə millisi Tehranın 12 min nəfərlik Azadi İdman Mərkəzində azarkeşlərin güclü dəstəyi ilə Argentina yığmasını 3:2 hesabı ilə məğlub edib.
İranın yığma komandası Tehranda baş tutan matçlarda Belçikanı 3:2 hesabı ilə yenmiş və Serbiyaya 1:3 hesabı ilə uduzmuşdu.
Serbiya yığma komandası isə Belçikanı da 3:0 məğlub edərək Dünya Voleybol Liqasının 2-ci həftəsində maksimum xalı toplayıb.
İranın voleybol üzrə yığma komandası Dünya Voleybol Liqasının 3-cü həftəsində Polşada ABŞ, Rusiya və Polşa yığmaları ilə qarşılaşacaq.
Teqlər