5 İran filmi Berlin Film Festivalında iştirak edir
İran kinematoqrafçılarının 5 filmi 68-ci Berlin Film Festivalında əsas sahələrdə iştirak edir.
İRNA-nın məlumatına görə, 68-ci Berlin Film Festivalı cümə axşamı günü əsas rəqabət sahələrində işə başlayıb.
Mani Həqiqinin çəkdiyi "Donuz" filmi Berlin Film Festivalının rəqabət sahəsində iştirak edir və mükafatlar siyahısına düşmək şansı vardır.
Gənc iranlı rejissor Puya Badkubənin çəkdiyi Dressage filmi də bir neçə yeniyetmənin sərgüzəştindən söz açır və yeni nəsil sahəsində ekranlaşacaq.
Berlin Film Festivalında iştirak edən Şəhram Mukrinin çəkdiyi Hücum və Abbas Əmininin çəkdiyi Hindli və Hörmüz filmləri vardır.
Berlin Film Festivalında tanınmış iranlı kinematoqrafçılarının əsərləri, o cümlədən 36-cı Fəcr Film Festivalının Büllur Simurq mükafatının laureatı "Əbu Qərib boğazı" filmi ekranlaşacaq.
Berlin Film Festivalı dünyanın ən tanınmış və etibarlı festivallarından biridir və hər il fevral ayında 10 gün müddətinə Almaniyanın Berlin şəhərində keçirilir.
Bu festival ötən gün işə başlayıb və 25 fevralda mükafatlandırma mərasimi ilə öz işinə yekun vuracaq.