İranın iki dərman preparatının təqdimatı keçirilib
İranın istehsal etdiyi iki dərman preparatının təqdimatı səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşiminin iştirakı ilə İsfahan şərində keçirilib.
İRNA-nın məlumatına görə, bu dərman preparatları İranın Rəha Əczaçılıq Şirkəti tərəfindən istehsal olunub və Lotepredno göz damcısı və Potassium citrate həbindən ibarətdir.
Lotepredno göz iltihabı, mövsüm allergiyası, göz əməliyyatından sonra yaranan iltihablar, virus xəstəlikləri və bir sıra iltihablarda damcı şəklində istifadə olunan dərmanlardandır.
Potassium citrate isə böyrək daşlarının yığılmasının qarşısını almaq üçün mədən maddələri dərmanlarındandır.
İranın Rəha Əczaçılıq Şirkəti təxminən 110 dərman istehsal edir. Onun təxminən 20 növü Əfqanıstan və Azərbaycan Respublikası kimi region ölkələrinə ixrac olunur.