15 müsəlman ölkənin tibbi ekspertiza rəhbərləri Tehranda bir araya gələcəklər
-
15 müsəlman ölkənin tibbi ekspertiza rəhbərləri Tehranda bir araya gələcəklər
Sabah Tehranda 15 müsəlman ölkənin tibbi ekspertiza rəislərinin iclası öz işinə başlayacaq.
İRNA-nın verdiyi məlumata görə, üç gün davam edəcək bu iclasda məqsəd bu sahədə müsəlman ölkələri arasında araşdırma və təlimat əməkdaşlıqlarının genişləndirilməsidir.
15 müsəlman ölkənin tibbi ekspertiza rəislərinin iclasının açılış mərasimində İran İslam Respublikasının səhiyyə, müalicə və tibbi təhsil naziri seyid Həsən Qazizadə Haşimi eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin Tehran ofisinin rəhbəri Florens Jilett və İranın tibbi ekspertiza təşkilatının sədri Əhməd Şücai iştirak edəcəklər.
Bu iclasda İran, Əl-Cəzayir, Azərbaycan Respublikası, Banqladeş, Misir, İndoneziyia, İraq, İordaniya, Livan, Liviya, Pakistan, Fələstin, Suriya, Türkiyə və Türkmənistanın tibbi ekspertiza təşkilatlarının nümayəndələri iştirak edəcək.