İyul 14, 2018 18:05 Asia/Baku
  • "Sorena"nın İtaliyada keçirilən tələbələrin "Formula-1" beynəlxalq yarışlarındakı uğuru

İranlı tələbələrin "Formula-1" avtomobili İtaliyada keçirilən tələbələrin "Formula-1" beynəlxalq yarışlarında bütün texniki sınaq və yoxlamaları uğurla arxada qoyubdur.

İranlı tələbələrin "Formula-1" avtomobili komandasının başçısı tələbə Vəhid Riyazi Tehrani deyib: Yamaç testi, əyləc testi, texniki yoxlama və eqzoz emissiyası testi  yarışların bu dövründə beynəlxalq hakimlər tərəfindən həyata keçirilməli olan dörd əsas sınaq idi ki, İran İslam Respublikasının tələbə komandası qəbul ola və mühəndislik yarışlarına daxil olmaq lisenziyası ala bilibdir.

Bu avtomobil Məşhəd şəhəriin Ferdousi universitetinin tələbələri tərəfindən düzəldilmiş İranın ilk "Formula-1" avtomobilidir. Bu İran avtomobilinin adı, Sorena-dır.

On üç nəfərlik bir komanda gecə-gündüz səy və fəaliyyətlə avtomobilin konstruksiyasını altı ayda başa vura və inşa prosesinə başlaya bilibdir.

İranlı tələbələr özlərinin bu rəqabətlərdə ilk iştiraklarını təcrübə ediblər. Bu yarışlar həmin ixtisas üzrə dünyada ən mötəbər tələbə yarışı sayılır.

Teqlər