Sari sənətkarları əldəqayırma keramika istehsal edirlər
-
Sari sənətkarları əldəqayırma keramika istehsal edirlər
İncəsənət işlərinin istehsalı və onlardan bəhrələnmə nəinki iranlı sənətinin reallaşmasına kömək edir, həm də daxili istehsal və iqtisadiyyata dəstək də sayılır.
Sənətkar- xoş zövqlü və sadiq.
Bu şərhi bacı qardaşı haqda deyir.
Qadın: Çox xoş zövqlü olmaqla yanaşı, işində ciddidir.
Mehriban- dəqiq və stimullu. Bu da qardaşın bacısı haqda şərhi.
Kişi: Naxışların seçilməsində tədqiqat rəftarına malikdir.
Həmin ruh və təhsil oxşarlıqları səbəb olub ki, bu bacı və qardaş incəsənətdə müştərək iqtisadi həmkarlığın əsasını qoymuş olsunlar.
Kişi: Biz mətbəx üçün əldəqayırma keramika qabları düzəldir və üzərlərində naxışlar çəkirik.
Bu peşə kiçik bir ev fəaliyyətindən başlandı və hazırda 15 ziyalı işçisi olan 200 metrlik bir emalatxanaya çevrilibdir. Bu qabın torpaqdan düzəldilərək, qəlibə salınmasına, parıldadılması, konstruksiyası və naxışvurmasınadək olan bütün işlər elə bu emalatxanada həyata keçirilir.
Qadın: Gələn torpaq mikser dəzgahına daxil olur və sonra sulu qarışığa çevrilir. Daha sonra qəlibtutma otağına daxil olur. Ondan sonra isə artıq çıxıntılar cilalanır və tam şəkidə qurumaları üçün bir gün saxlanırlar. Sonra da biskvit olmaq üçün 900 dərəcəyə dözməlidirlər. Biskvitlər naxışvurma otağına daxil olur və əl ilə üzərlərinə naxışlar vurulur. Şad boyalardan istifadə etməyə çalışırıq.
Şad naxışlar sənətkarın ürəyi, gözləri və əllərindən can alırlar. Eskizlər dünənki və bugünkü sənətlərə birgə şəkildə malikdirlər. Qablar naxışlandıqdan sonra üzərlərinə qlazur çəkilir və sonda 1050 dərəcədə bişirilirlər. Əlbəttə, nümunəvi bir özəlliklə.
Qadın: Bizim metodumuz, boyaaltı naxışvurmadır.Yəni naxışlar qlazurun altında qalırlar. Buna görə, rəng sabit və təbiidir.
Hər gün bu emalatxanada dörd kürə keramika qabı istehsal edilərək, gündəlik olaraq bazara göndərilir.