İyul 18, 2019 20:18 Asia/Baku
  • İranın paraolimpiya üzrə ağır atleti Asiya rekordunu yüksəldərək, qızıl medalçı olub

İranın əlillər üzrə yığma ağırlıqqaldırma komandasının üzvü Nursultan şəhərində keçirilən dünya çempionatının yeddinci günündə Asiya rekordunu yüksəldərək, qızıl medalçı olub.

İranın beşinci əlil ştangisti Seyyed Hamed Solhipour bu gün 97 kiloqram çəki dərəcəsində 235 kiloqram ağırlıq qaldıraraq, qızıl medal əldə edib.

Solhipour 235 kiloqram ağırlıq qaldıraraq, 2018-ci il Cakarta yarışlarında əldə etdiyi Asiya rekordunu bir kiloqram yüksəldib. Bu çəki dərəcəsində Çin və Kolumbiya nümayəndələri ikinci və üçüncü olublar.

Əlillərin ağırlıqqaldırma üzrə dünya çempionatı 78 ölkədən 441 idmançının iştirakı ilə iyulun on ikisindən etibarən, Qazaxıstanın ev sahibliyi ilə Nursultan şəhərində keçirilir.

Teqlər