İyul 11, 2020 10:39 Asia/Baku
  • Google Android sistemlərinin yenilənməsinin daha sürətli olacağından xəbər verib

Google şirkəti bir sıra dəyişiklik edərək, Android əməliyyat sistemlərinin yenilənməsini daha sürətli etməsindən xəbər verib, hansı ki, bu sistem istifadəçilərinin məmnunluğunu daha da artıracaqdır.

SəhərAzəri Fars xəbər agentliyinin elmi və akademik qrupunun "SlashGear" saytına istinadla xəbər verir, Google şirkəti elan edib ki, Android əməliyyat sistemini daha cəlbedici etmək məqsədilə bütün mobil vasitələrində bu sistemin yenilənməsini sürətləndirəcək tədbirlər görəcək.

Bu dəyişikliklər Google şirkətinin bir qrup aparıcı mühəndisləri, o cümlədən Eddi Həsu, Brent Wrist, Maya Benari, Amit Dsouza və Lian Malçovun əməkdaşlığı ilə həyata keçiriləcək.   

Google, Android Aero-nun təqdimi ilə eyni zamanda bu əməliyyat sisteminin sürətli və effektiv yenilənməsi üçün özünün gələcək planlarından da xəbər verib və elan edib ki, Android 10-dan sonra bu əməliyyat sisteminin yenilənməsi birbaşa Google Play vasitəsilə həyata keçiriləcək. 

Bu şirkət iddia edir ki, bu dəyişiklik sayəsində Android əməliyyat sisteminin populyarlığı və bu yeni versiyanın quraşdırılma sürəti daha da artırıbdır, beləki, beş ay ərzində 100 milyondan çox cihazda Android 10 quraşdırılıb və bu Android 9 Paya keçid sürətindən 28 faiz daha çoxdur.

Teqlər