May 10, 2021 16:34 Asia/Baku
  • Arteta:

Arsenal futbol komandasının baş məşqçisi hesab edir ki, Avropa Liqasının finalına çıxmaqda nakam qaldıqdan sonra topçuların qələbəyə ehtiyacı var idi və onu Albion qarşısında əldə etdi.

SəhərAzəri-nin məlumatına əsasən, keçən gecə Arsenal İngiltərə Premyer Liqasının 35-ci həftəsində Vest Bromviç Albion komandasını 3-1 hesabı ilə məğlub edib.

"Emirates" stadionunda keçirilən bu oyunda topçular üçün Emile Smith Rowe 29-cu dəqiqə, Nikolas Pepe 35, Villian 90-cı dəqiqələrdə qol vurublar, Albionun yeganə qolunun müəllifi isə 67-ci dəqiqədə Matius Pereira olub.

Cümə axşamı komandasının Avropa Liqasının finalına çıxa bilməməsindən narahat olan Mikel Arteta, oyun sonrası sevinclə mətbuat konfransına qatılıb.

O, qeyd edib ki, komndası vacib bir oyunda yaxşı çıxış edib və əhəmiyyətli mövqelər yaradıb, sonda da ləyaqətlə qalib gəlib. İspaniyalı baş məşqçi deyib: "Bu qələbəyə ehtiyacımız var idi, üç qol vurduq və yaxşı da oynadıq".

Arteta əlavə edib: "Bu oyunda qələbənin nə qədər önəmli olduğunu bilirdik. Yaxşı bir nəticə əldə etmək və daha yaxşı şəraiti təcrübə etmək üçün əlimizdən gələni etdik. Deyə bilərəm ki, bu oyun üçün çox zəhmət çəkdik".

39 yaşlı məşqçi sonra deyib: "3 möhtəşəm qol vurduq, amma qola çevirə biləcəyimiz başqa yaxşı mövqelərimiz da oldu. Səylərimizin nəticəsini gördüyümüz üçün şadam. İndi hər matçda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Ümidimizi qoruyuruq və buna uyğun olaraq işimizə davam edirik".

Arsenal bu qələbə ilə 52 xal qazandı və 9-cu pillədəki mövqeyini qorudu.

Teqlər