Mart 07, 2022 14:53 Asia/Baku
  • İranlı qadın idmançılar
    İranlı qadın idmançılar

32-ci Beynəlxalq Fəcr Kuboku taekvondo yarışlarının ilk gününün sonunda dörd qızıl medalın hamısı İran təmsilçilərinin payına düşüb.

SəhərAzəri-nin məlumatına əsasən, Səidə Nəsiri, Nahid Kiyani, Kövsər Əsasə və Melika Mirhüseyni qızıl medala sahib olublar. 

Mobina Fəllahiyan gümüş medal, Məsumə Rəncbər, Zəhra Əlizadə, Şapərək Nəcəfi, Seyyidə Nərgis Mir Nurullahi və Fatemə Şərifi də bürünc medal qazanıblar.

Dünən Asiyanın ən qədim beynəlxalq yarışı olan taekvondo üzrə "Fəcr Kuboku" yarışlarına start verilib. 

Qadınlar arasında taekvondo yarışları İran, Azərbaycan Respublikası, Türkiyə, Ermənistan, Qazaxıstan, Özbəkistan, Əfqanıstan, Hindistan, İordaniya, Pakistan və qaçqınlardan ibarət 11 ölkədən olan 162 taekvondoçunun iştirakı ilə keçirilir.

Teqlər