Noy 14, 2022 21:02 Asia/Baku
  • İranın futbol komandası 2022-ci il Dünya Çempionatı üçün Dohaya yola düşüb

İranın Milli Futbol Komandası 2022 FIFA Dünya Çempionatında iştirak etmək üçün bazar ertəsi axşam Tehrandan Dohaya yola düşüb.

SəhərAzəri-nin məlumatına əsasən, Qətərə yola düşməzdən əvvəl iranlı futbolçular İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisinin qəbulunda olublar.

Prezident Rəisi ilə görüşdə komandanın baş məşqçisi Karluş Keyroş və İranın Futbol Federasiyasının sədri də iştirak edib.

Prezident Rəisi İran komandasına qarşıdakı turnirdə uğurlar arzulayıb.

İran bu yarışlarda İngiltərə, ABŞ və Uelslə B qrupunda qarşılaşıb.

 

Teqlər