Noy 29, 2022 12:47 Asia/Baku
  • DÇ-2022: Fəğaninin penalti elan etdiyi gecədə Portuqaliya 1/8 finala vəsiqəni təmin edib

Portuqaliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yüksələn üçüncü komanda olub.

SəhərAzəri-nin məlumatına əsasən, Qətərdə keçirilən dünya çempionatının 9-cu oyun günü H qrupundan Portuqaliya və Uruqvay arasında görüşlə yekunlaşıb. Görüş Tehran vaxtilə saat 22-30-da Lusail stadionunda baş tutub və Portuqaliya millisi Uruqvayı 2-0 hesabı ilə məğlub edib.

İranlı hakim Əlirza Fəğaninin idarə etdiyi görüşün hər iki qolunu Brunu Fernandeş 54-cü və 90+3-cü dəqiqələrdə vurub. Beləliklə də Portuqaliya millisi 22-ci dünya çempionatında ikinci qələbəsini qazanaraq, 6 xalla H qrupunun birinci komandası olaraq, pley-offa vəsiqəni təmin edib. Portuqaliyanın ikinci qolu bir epizodun Fəğani tərəfindən nəzərdən keçirilməsi və VAR sistemindən istifadə edərək, penalti zərbəsi ilə gerçəkləşib.

Bu oyunda portuqaliyalılar təkcə nəticə baxımından deyil, həm də statistika baxımından üstün idilər, çünki topa 60 faizdən çox sahib idilər və Uruqvay millisinin qapısı üzərində daha təhlükəli vəziyyətlər yaratdılar ki, bu hətta ikinci qol vurulduqdan sonra da davam etdi. 

Bu oyunda qazandığı üç xalla 1/8 finala yüksəlişini dəqiqləşdirən Portyqaliyanın əksinə olaraq, Uruqvay Cənubi Koreya ilə heç-heçədən sonra ikinci qələbəsiz oyunu qəbul edərək, 1 xalla top hesabına görə dördüncü yerdədir. Bu o deməkdir ki, Luis Suarez və onun komanda yoldaşları növbəti mərhələyə adlamaq üçün Qanaya mütləq qalib gəlməlidirlər.