Apr 02, 2021 00:03 Asia/Baku
  • Tel-Əviv Fələstindəki hərbi cinayətləri ilə əlaqədar Haaqaya cavab vermir

Sionist rejimin Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa Tribunalı) cavab verməsi üçün on gündən az vaxt qalsa da, Təl-Əvivdə heç bir görüş keçirilməyib.

SəhərAzəri xəbər verir ki, “Jerusalem Post” qəzetinin yazdığına görə, Haaqa məhkəməsinin baş prokuroru Fatu Bensudanın hərbi cinayətlərin istintaqı ilə bağlı sionist rejimə məktub göndərməsindən üç həftə sonra, rejimin rəhbərləri buna qarşı heç bir tədbir görməyib.

 Sionist rejim Haaqa Tribunalının Roma Statutunun üzvü olmadığından bu günə qədər bu qurumla əməkdaşlıq etməkdən imtina edib.

 Məhkəmənin istintaqını qanunsuz olaraq xarakterizə edən sionist rejimin rəsmiləri, əsgərlərinin bir səhv etdikləri təqdirdə, rejimin məhkəmə sisteminin buna baxa biləcəyini iddia edirlər.

 Bu arada, Benni Qantzın İsrail rejiminin ədliyyə naziri vəzifəsində çalışması bu gün (1 aprel) başa çatır və Xarici İşlər Nazirliyindəki bir mənbə bu mövzuda heç bir mövqe tutulmadığını söyləyib.

 Qəzetin yazdığına görə, Haaqa Tribunalı məhdud mənbələrə (müfəttiş, prokuror və hakim) sahib olduğu üçün 10 nəfərdən çox adamı mühakimə edə bilməz.

 “Cerusalem Post” qəzetinin yazdığına görə, ilk qrup 2014-cü ildə Qəzza müharibəsi ilə bağlı qərarlarda iştirak edənlərdir. İkinci qrup Qəzza sərhəd böhranında iştirak edənlər, üçüncü qrup isə məskunlaşma məntəqələrinin genişləndirilməsi qərarında iştirak edənlərdir.

 Qəzet, İsrail rejiminin baş naziri Binyamin Netanyahunun hər üç kateqoriyaya aid olduğunu, Qəzza müharibəsi zamanı o zamankı baş qərargah rəisi Qantz və o zamankı müharibə naziri Moşe Yaalonun da tutulma ehtimalının olduğunu əlavə edib.

Teqlər