Apr 06, 2021 14:52 Asia/Baku
  • Fələstinli uşaq günü və uşaq qatili sionist rejimin cinayətlərinə bir baxış

Fələstinli uşaq günü 1995-ci ildə Fələstin muxtariyyətinin mərhum sədri tərəfindən adlandırılan bir gündür.

SəhərAzəri xəbər verir ki, Fələstinli uşaq günü elə bir halda gəlib çatıbdır ki, qəsbkar rejim bir il bundan öncə bu fələstinli qadının on beş yaşlı oğlu- Əlini Ramullahın şərqində yerləşən Əlmuğəyir qəsəbəsində şəhid etdi.

Əli, yuxarı yaşlarında bu rejimə müqavimət göstərməsin deyə, işğalçı rejim tərəfindən həyatı məhv edilən minlərlə fələstinli uşağın bir nümunəsidir.

Əlinin anası deyir: "Əli dostlarını ad günü şənliyinə dəvət etməyə getmişdi, amma qəsbkarlar onu şəhid etdilər".

2000-ci ildən bəri işğalçı sionsit rejim iki min yüzə yaxın fələstinli uşağı şəhid edib. Cari ildə də, indiyədək səkkiz uşağı şəhid edib. İşğalçı rejim bu zaman fasiləsində 4000 uşağı da yaralayıbdır.

Qəsbkar rejim cari ilin əvvəlindən bəri 230 uşağı da həbs edibdir ki, onlardan 140 nəfəri hələ də məhbəsdədir.

Əlinin atası deyir: "Hələ də oğlum Əlini yuxuda görürəm. Bu müsibət qarşılığında Allah-Taaladan səbir diləyirəm".

Əli bir yeniyetmə idi və hələ həyatı təcrübə etməmişdi, amma bir sionist həbrçi atəşlə onun həyatını əlindən aldı.

Teqlər