Apr 07, 2021 17:59 Asia/Baku
  • Sionist rejiminin işğalçı qüvvələri daha 26 fələstinlini evsiz qoydu

Birləşmiş Millətlər Təşkilatının İşğal olunmuş Fələstin Bölgələrində İnsani İşlər Koordinasiya Ofisi, son iki həftə ərzində sionist rejimi tərəfindən, İordan çayının qərb sahilində və Qüdsdə, İsrail rejiminin icazəsi olmadan inşa edilmə bəhanəsi ilə 26 fələstinlinin evini dağıtdığını bildirib.

SəhərAzəri-nin russian.palinfo-ya istinadən verdiyi xəbərə görə, BMT-nin yayımladığı hesabatda, martın 1-dən 29-a qədər 26 evin sökülməsi nəticəsində 15 uşaq daxil olmaqla 34 fələstinlinin evsiz qaldığını, daha 40 nəfərə böyük maddi ziyan dəydiyini bildirib. Nablus yaxınlığındakı Beyt Can kəndində yaşayan 45 yaşlı fələstinlinin, sionist terrorçu silahlı qüvvələri tərəfindən öldürüldüyü haqda xəbər verilib. Buna əsas olaraq, İordan çayının qərb sahilində (qəsdən öldürülmə) işğalçı sionist rejiminin terror qurbanlarının sayı ilin əvvəlindən etibarən artıb.

Teqlər