İyul 15, 2021 18:39 Asia/Baku
  • BBC
    BBC

BBC telekanalı anti-sionist tvittinə görə, öz fələstinli müxbiri Tala Həlavəni yeddi il bundan qabaq və bu kanala daxil olmazdan üç il öncə işdən çıxarıb.

SəhərAzəri-nin məlumatına əsasən, Qeyd olunan tvitt 2014-cü il və sionist rejimin Qəzzə zolağındakı əlli bir günlük savaşı ilə bağlı olub. Həmin savaşda 2322 fələstinli, o sıradan 587 uşaq və 489 qadın şəhid olub.

Həlavə ingilis dilində olan öz tvittində yazmışdı ki; “Sionist rejim Hitlerin rejimindən daha nasistcəsinədir. Qəzzə üçün dua edin”.

İngiltərə sionist rejimin cari ildə Qəzzə zolağına qarşı vəhşicəsinə hücumlarının davam etməsilə bir zamanda, öz medialarının bu rejimin cinayətlərinə olan dəstəklərini artırıbdır.

 

Teqlər