İyul 16, 2021 19:39 Asia/Baku
  • sionist
    sionist

Sionist rejim başçıları Fələstindəki kənanilərin Beyt-Ləhmin cənubundakı Əl-Xizr bölgəsində yerləşən ən böyük qəbiristanlığını dağıtmaq üçün hərəkətə keçiblər.

SəhərAzəri-nin məlumatına əsasən, “Divar inşası və qəsəbəsalma ilə mübarizə heyəti” ofisinin müdiri Həsən Bəriciyyə bu gün deyib ki, sionist rejimin maşın avadanlıqları təqribən dörd hektar olan Qüds ilə Əlxəlil arasındakı altmış saylı küçənin enini genişləndirmək istiqamətində bu qəbiristanlığı hamarladı.

“Divar inşası və qəsəbəsalma ilə mübarizə heyəti” ofisinin müdiri deyib ki, bu addım, beynəlxalq qanunlara əsasən, Fələstin tarixi və xalqının haqqında hərbi cinayət sayılan Fələstinin tarixi abidələrinə qarşı aşkarcasına təcavüzdür.

Fələstinlilərin tarixi abidələrinin dağıdılması da sionist rejimin Fələstin ərazilərini tam şəkildə yəhudiləşdirmək üzrə siyasətlərindəndir. Məsciduləqsa, Qübbətüs-Səhra

Məscidi, Əlburaq divarı və Axirət Kilsəsi bu tarixi abidələrdəndirlər.

 

Teqlər