İyul 20, 2021 19:28 Asia/Baku
  •  Məsciduləqsa
    Məsciduləqsa

Yüz min fələstinli Qurban bayramı ilə bir zamanda özünü Məsciduləqsaya çatdırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Onlar bayram namazı qıldıqdan sonra Fələstin müqavimətini himayə istiqamətində şüarlar veriblər.

Yüz min fələstinli bu gün sionist rejimin güclü təhlükəslik tədbirləri arasında özünü Məsciduləqsaya çatdırıb və bayram namazını bu məkanda qılıb.

Məsciduləqsanın imam camaatı Şeyx Əkrəmə Səbri bayram namazı xütbələrində Məsciduləqsaya yönəlmiş güclü təhlükələr barədə xəbərdarlıq edib.

Namaz bitdikdən sonra minlərlə fələstinli Məsciduləqsada yerləşən Qübbətüs-Səhra müsəllasının yaxınlığına toplaşaraq, Həmas hərəkatının hərbi qolu olan Əl-Qəssam batalyonlarına və onun baş komandanı Məhəmməd Əldeyfə dəstək şüarları verib.

Ötən bazar günü sionistlərin “heykəlin dağıdılması” adlandırdıqları məsələnin ildönümü günündə yüzlərlə sionist qəsəbə sakini Məsciduləqsaya hücum etdi. Fələstinlilər də buna cavab olaraq bildirdilər ki, müqavimət mübarizəyə hazırdır və sionist rejim “Qüds qılıncı” döyüşündən dərs almalıdır.

 

Teqlər