Sen 12, 2021 11:28 Asia/Baku
  • Sionist
    Sionist

Fələstinli mənbələr sionist hərbçilərin İordan çayının qərb sahilində fələstinli mülkilərlə toqquşduqlarını bildiriblər.

SəhərAzəri-nin verdiyi məlumata görə,  Sionist hərbçilər dünən gecə Cenin şəhərinin Ələrfə kəndində, qaçmış əsirlərin axtarışında olarkən fələstinli gənclər Ərihada yerləşən «Əqəbə cəbr» düşərgəsinin yaxınlığında sionist hərbçilərlə toqquşublar. Sionistlər də onlara tərəf atəş açıblar.

Sionist hərbçilər həmçinin Əlxəlildə yerləşən «Ələrub» düşərgəsində toqquşma zamanı üç fələstinli gənci həbs ediblər.

Qəlqiliyadakı yerli mənbələr də bildiriblər ki, sionist hərbçilərin Əzun qəsəbəsinin girəcəyinin yaxınlığında fələstinli gənclərlə toqquşması zamanı sionistlər fələstinlilərə tərəf atəş açıblar.

Ötən həftə altı fələstinli əsir qəsb olunmuş Fələstinin şimalında yerləşən supertəhlükəsiz «Cəlbu» zindanında tunel qazmaq yolu ilə məhbəsdən qaçmağa müvəffəq olmuşdu.

Bu əsirləri tapmaq üçün ötən həftədən axtarışa başlayan sionist rejim cümə günü həmin əsirlərdən ikisini həbs etdi. Bu rejimin mediaları da dünən səhər, qaçmış əsirlərdən daha ikisinin həbs olunmasından xəbər verdilər. Beləliklə, indiyədək qaçmış altı əsirdən dördü həbs edilibdir.

 

Teqlər