Okt 06, 2021 12:34 Asia/Baku
  • Sionist rejim Qüdsdə ev tikir
    Sionist rejim Qüdsdə ev tikir

Sionist rejim sionist qəsəbələri genişləndirməklə qəsb olunmuş Qüdsün şərqində yerləşən Qələndiya bölgəsində on min yaşayış evi tikməkdədir.

SəhərAzəri-nin məlumatına əsasən, ərəb araşdırmalar cəmiyyətində xəritə bölməsinin müdiri Xəlil əl-Tufəkçi bildirib ki, İsrail rejimi əksər bölmələri Qüds hava limanının ərazisində və ya Qələndiya hava limanı deyilən məkanda yerləşən bir ərazidə tamamilə yeni sionist qəsəbə salmaq niyyətindədir.

Əl-Tufəkçi vurğulayıb ki, hava limanı və onun ətrafı bir milyon səksən min kvadrat/metrlik ərazidə yerləşir və yeni sionist qəsəbə layihəsi 810 min kvadrat/metrlik bir ərazidə həyata keçiriləcək.

Belə bir halda, «Sülh indi» adlı sionist təşkilat bildirib ki, sionist rejim başçıları bu ərazinin ən çox sahəsini dövlət ərazisi kimi nəzərdə tutublar və bu, İsrail rejiminə sionist qəsəbəni, torpağı onun fələstinli sahiblərindən müsadirə etmədən salmaq icazəsi verir.

 

Teqlər