Dek 20, 2021 19:13 Asia/Baku
  • Sionist rejim
    Sionist rejim

Sionist rejim ordusu öz qoşunlarına fələstinli etirazçıları birbaşa atəşə tutmaq üçün yeni əmrlər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim ordusunun birgə qərargah rəisi öz hərbçilərinə İordan çayının qərb sahilində daş və ya molotof kokteyli atan gənc fələstinlilərə atəş açmaq üçün yaşıl işıq yandırıb. 

Məlumata əsasən, Aviv Kuxavi bu rejim hərbçilərinə hərbi bazalara və ya atışma zonalarına daxil olan insanlara atəş açmağa icazə verib.

Aviv Kuxavinin əmrlərindən biri də daş atanlara atəş açmaqdır və sionist hərbçilərə hətta daş atıb, həmin məkanı tərk edən insanlara qarşı da atəş açmağa icazə verilib. 

Teqlər